...

Bakıda minik avtomobili yanıb, 1 nəfər zəhərlənib

Hadisə Materials 25 Sentyabr 2022 08:59 (UTC +04:00)
Bakıda minik avtomobili yanıb, 1 nəfər zəhərlənib

Bakı. Trend:

Bakı şəhərinin Suraxanı rayonunda “Saipa" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər sərnişin tüstüdən zəhərlənmiş halda avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti