...

Gədəbəydə havaya atəş açan iş adamı axtarışa verildi

Hadisə Materials 17 Oktyabr 2022 12:10 (UTC +04:00)
Gədəbəydə havaya atəş açan iş adamı axtarışa verildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkədə Gədəbəy rayonunda iş adamının havaya atəş açması ilə bağlı yayılan görüntülər dərhal araşdırmaya verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Trend-ə açıqlamasında bildirib ki, videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy Rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib:

"Araşdırmalar nəticəsində hadisənin bir müddət əvvəl verdiyi ehtimal edilib və havaya atəş açan şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması müəyyən olunub. Müəyyən edilib ki, həmin şəxs hazırda xarici ölkədə bizneslə məşğuldur. T. Məmmədov barəsində axtarış elan edilib və onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti