...

İranla sərhəddə külli miqdarda narkotik aşkarlanıb (FOTO)

Hadisə Materials 17 Oktyabr 2022 16:02 (UTC +04:00)
İranla sərhəddə külli miqdarda narkotik aşkarlanıb (FOTO)

Bakı. Trend:

Oktyabr ayının 16-da saat 10:55-də Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində 1 ədəd sahibsiz bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 340 qram narkotik vasitə “marixuana”ya bənzər maddə və 1796 ədəd psixotrop tərkibli “metadon-40” həbi aşkar olunaraq götürülüb.

Bu barədə Trend-ə DSX-dən bildirilib.

Oktyabr ayının 15-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Keçirilmiş sərhəd axtarışı nəticəsində sərhədboyu zolağı və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 5 kiloqram 414 qram narkotik vasitə “marixuana” ya bənzər maddə və 1850 ədəd “gabaprel 300” həbi aşkar olunaraq götürülmüşdür.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti