...

Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub

Hadisə Materials 30 Noyabr 2022 20:30 (UTC +04:00)
Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub

Bakı. Trend:

Noyabrın 30-u saat 19:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti