Bakı. Trend:
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə, 1 ədəd kondisioner və 1 ədəd televizor yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 3 m² sahədə və hamam otağının 1 ədəd plastikdən ibarət qapısı əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.