...

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Hadisə Materials 31 Yanvar 2023 09:25 (UTC +04:00)
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında qanunsuz ov edən şəxslər saxlanılıb.

Xidmət rəsmisi Rəşad Allahverdiyev Trend-ə bildirib ki, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Mehman və Ceyhun Kazımovlar olduğu müəyyən edilib.

“Korçay Dövlət Təbiət Yasaqlığında keçirilən nəzarət tədbirləri zamanı isə ova cəhd edən Goranboy rayon sakini Hidayət Əhmədov saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti