...

Sabirabadda taksi sürücüsü avtomobilini yandırdı (VİDEO)

Hadisə Materials 21 Fevral 2023 11:43 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabad rayon sakini özünə məxsus Mercedes" markalı avtomobili yandırıb.

Trend-in məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan sürücü özünə məxsus olan avtomobilə küçədə benzin tökərək od vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 20-də Sabirabad rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilini yandırması ilə bağlı polisə məlumat daxil olub.

Onun avtomobilini yandırmasına səbəb digər taksi sürücülərinin onun fəaliyyətinə maneəçilik törətməsidir.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti