...

Həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 19 Mart 2023 17:04 (UTC +04:00)
Həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Martın 19-u saat 00:15-də Astara rayonu Artupa kənd sakini 1993-cü il təvəllüdlü Alqış Quliyevin müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Astara rayon prokurorluğundan Trend-ə bildirilib ki, ilkin araşdırma zamanı 1986-cı il təvəllüdlü Şamxal Şahverdiyevin həmkəndlisi Alqış Quliyevin yaşadığı evə daxil olub kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Şamxal Şahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti