...

Bakıda qadın körpəsini qətlə yetirib - Məhkəmə

Hadisə Materials 27 Mart 2023 11:22 (UTC +04:00)
Bakıda qadın körpəsini qətlə yetirib - Məhkəmə
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, prokuror işin məhkəmə baxışına verilməsini istəyib.

İş üzrə məhkəmə prosesi aprelin 10-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Xəbər lenti

Xəbər lenti