...

Ağstafada dəmiryolu stansiyası yaxınlığında meyit tapılıb

Hadisə Materials 29 Mart 2023 16:39 (UTC +04:00)
Ağstafada dəmiryolu stansiyası yaxınlığında meyit tapılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağstafa rayon Polis Şöbəsinə rayon sakini 2009-cu il təvəllüdlü Cavanşir Bədirovun kəsici alətlə qətlə yetirilmiş cəsədinin dəmiryolu stansiyası yaxınlığında olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə bildirib ki, dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin kimliyinin müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti