...

Mövqelərimiz atəşə tutulub

Hadisə Materials 11 Aprel 2023 17:06 (UTC +04:00)
Mövqelərimiz atəşə tutulub

Bakı. Trend:

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti