Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda iki yaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Saqi Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Saqi Kərimov 14 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il noyabrın 23-də Səbail rayon ərazisində qeydə alınıb. Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.