Bakı. Trend:
Şirvan şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə və qamışdan ibarət dam örtüyü 18 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.