...

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 7 May 2023 08:59 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti