...

Gürcüstan ordusunun azərbaycanlı əsgəri həlak olub

Hadisə Materials 9 İyun 2023 10:48 (UTC +04:00)
Gürcüstan ordusunun azərbaycanlı əsgəri həlak olub

Bakı. Trend:

İyunun 8-də Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamenti Müdafiə Qüvvələrinin hərbi hissələrindən birinin sıravi hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü Yusif Nəsibovun ölümü ilə bağlı məlumat yayıb.

Trend xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Yusif Nəsibov intihar edib.

“İstintaq zamanı müəyyən edilib ki, adıçəkilən hərbi qulluqçu növbətiçilik edərkən xidməti silahdan özünə atıəş açıb. İlkin məlumata görə, mərhum çənəsindən güllə yarası alıb və hadisə yerində ölüb", - deyə Gürcüstan MN-nin məlumatında qeyd edilir.

Hazırda faktla bağlı Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti