...

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran qadın saxlanılıb (VİDEO)

Hadisə Materials 4 İyul 2023 10:52 (UTC +04:00)
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran qadın saxlanılıb (VİDEO)

Bakı. Trend:

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Trend-ə bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.

O, izahatında törətdiyi əməli etiraf edib.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti