Bakı. Trend:
Bəzi insanlar Dənizkənarı Milli Parkda olan dekorativ bitkilərə ziyan vururlar. Bu barədə videogörüntülər sosial şəbəkələrdə geniş paylaşılıb. Artıq həmin şəxslər müəyyən olunaraq barələrində tədbirlər görülüb.
Bu gün Trend-in əməkdaşları bulvarda olan dekorativ bitkilərə ziyan vurmaqla bağlı sujet hazırlayarkən növbəti analoji hadisənin şahidi olublar.
Belə ki, bir nəfər kaktusun üzərinə yazı yazmağa çalışıb. Lakin Trend-in və Dənizkənarı Bulvar əməkdaşlarının müdaxiləsindən sonra bu baş tutmayıb.
Həmin görüntüləri təqdim edirik.