...

Zərdabın küçələrini zibilləyən şəxslər cərimələnib

Hadisə Materials 19 İyul 2023 19:04 (UTC +04:00)

Bakı. Trend:

Zərdabda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Şirvanda regional qrupundan Trend-ə verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

Ərazilərin zibillənməsi halları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə həmin şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti