...

Bakı və Yevlax sakinləri itkin düşü

Hadisə Materials 21 İyul 2023 09:13 (UTC +04:00)
Bakı və  Yevlax sakinləri itkin düşü

Bakı Trend:

Bakı və Yevlax sakinləri itkin düşüb.

Trend xəbər verir ki, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda 15 yaşlı Səbinə Abuşova iyulun 20-də gecə saatlarında evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Bundan başqa, Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Nəbiyeva Həzrətfatma Camal qızı iyulun 16-sı saat 07:00 radələrində Mingəçevir şəhərinə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti