...

Kolumbiyada torpaq sürüşməsi nəticəsində 29 nəfər ölüb

Hadisə Materials 29 İyul 2023 04:13 (UTC +04:00)
Kolumbiyada torpaq sürüşməsi nəticəsində 29 nəfər ölüb

Bakı. Trend:

Kolumbiyalı xilasedicilər iyulun 18-də sürüşmə nəticəsində itkin düşdüyü bildirilən Ketame bələdiyyəsinin sonuncu sakininin cəsədini tapıblar.

Trend-in məlumatına görə, bu barədə Kundinamarka departamentinin yanğınsöndürmə idarəsinin nümayəndəsi öz "Twitter" yazıb.

"Məlumat üçün bildiririk ki, xilasetmə xidmətlərinin birgə fəaliyyəti nəticəsində Qayurib çayında 1 nəfərin meyiti tapılıb. Beləliklə, aşkar edilmiş cəsədlərin ümumi sayı 29-a çatıb", - deyə o bildirib.

Bundan əvvəl bölgənin qubernatoru Nikolas Qarsiya Bustos 26 nəfərin öldüyünü, 3 nəfərin isə itkin düşdüyünü bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti