...

Astarada 71 yaşlı kişini oğlunun öldürdüyü MƏLUM OLDU (YENİLƏNİB)

Hadisə Materials 1 Avqust 2023 14:06 (UTC +04:00)
Astarada 71 yaşlı kişini oğlunun öldürdüyü MƏLUM OLDU (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avqustun 1-də saat 10:50 radələrində Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Trend xəbər verir ki, bu barədə Astara rayon prokurorluğu məlumat yayıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

xxx

14:06

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində atası 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunu öldürməkdə şübhəli bilinən onun oğlu, 1977-ci il təvəllüdlü Rəşad artıq saxlanılıb.

xxx

12:04

Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci il təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb. Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti