...

Şabranda ikimərtəbəli evdə yanğın olub

Hadisə Materials 23 Sentyabr 2023 03:16 (UTC +04:00)

Bakı. Trend:

Şabran rayonunun Zeyvə kəndində ümumi sahəsi 148 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağının, aynabəndinin yanar konstruksiyaları 44 m² sahədə, 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 68 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti