Bakıda yaşayış binasında yanğın olub

Hadisə Xəbər 1 Oktyabr 2023 17:35 (UTC +04:00)

Bakı. Trend:

Bakıda onmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda onmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 m² sahədə mebel yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti