...

Sabirabadda avtomobil yaşlı kişini vurub öldürdü

Hadisə Materials 12 Oktyabr 2023 13:00 (UTC +04:00)
Sabirabadda avtomobil yaşlı kişini vurub öldürdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.

Trend-in məlumatına görə, hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb.

Sabirabad rayonunun Moranlı kənd sakini, Oçaqverdiyev Ramiz İltifat oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yolu keçən piyada - Zal Qarağac kənd sakini, 1958-ci il təvəllüdlü Pənah Ağamalıyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti