...

Bakıda restoranda yanğın baş verib

Hadisə Materials 23 Oktyabr 2023 08:41 (UTC +04:00)
Bakıda restoranda yanğın baş verib

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) taxtadan ibarət zalının yanar konstruksiyaları 120 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan köməkçi otağın lambirdən ibarət tavanı 7 m² sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti