...

Şabranda minik avtomobilləri dərəyə aşdı - 5 nəfər xəsarət aldı

Hadisə Materials 10 Noyabr 2023 16:45 (UTC +04:00)
Şabranda minik avtomobilləri dərəyə aşdı - 5 nəfər xəsarət aldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 10-u günorta saatlarında Şabran rayonunun Düzbilici kəndi ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, hadisə zamanı rayonun Xəlfələr kənd sakini Həşimov Elxan Pirverdi oğlunun idarə etdiyi “99-GR-221” dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan “90-UX-426” nömrəli “VAZ 2106” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Zərbənin gücündən yoldan çıxaraq aşan “VAZ 2106” markalı avtomobildəki üç nəfər ağır bədən xəsarətləri alıb. Digər avtomobildə olan iki nəfərin xəsarətləri isə yüngül olub.

Qəza zamanı xəsarət alan Elxan Haşımov, Cəmil Vəliyev, Əlisahib Zeynalov, Elmir Sərdarov və Cavad Zeynalov Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti