...

Şamaxıda BMW aşdı - Bir ailənin 3 üzvü həlak oldu

Hadisə Materials 5 Dekabr 2023 19:00 (UTC +04:00)
Şamaxıda BMW aşdı - Bir ailənin 3 üzvü həlak oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxıda BMW aşıb, 3 nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, hadisə dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Göylər kəndi ərazisində baş verib.

“BMW” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti