Bakı. Trend:
Xocavənddə betonvuran avtomobili aşıb bir nəfər ölüb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə Füzuli-Şuşa yolunun Xocavənd rayonun Böyük Tağlar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Neftçala rayon sakini Rahil Ağayev idarəsində olan "DAF" markalı betonvuran yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə yük avtomobili yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sərnişin 1976-cı il təvəllüdlü Biləsuvar rayon sakini Elçin Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Trend-ə faktı təsdiqləyib. O bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanıb istintaq aparılır.