...

Bakıda mağazada yanğın baş verib

Hadisə Materials 19 Mart 2024 07:25 (UTC +04:00)
Bakıda mağazada yanğın baş verib

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 m² olan mağazanın zirzəmisində 2 m² sahədə parfum yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, mağaza və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti