...

Zərdabda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

Hadisə Materials 14 İyun 2024 09:01 (UTC +04:00)
Zərdabda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dələduzluq etdiyinə görə axtarışda olan Bərdə rayon sakini Səbri Abdullayev Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin etibarından istifadə edərək ona torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməkliklər göstərəcəyi bərədə yalan vədlər verib və 5800 manatını ələ keçirib.

S.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti