...

Ziya Bünyadov prospektində yol qəzası: sıxlıq yaranıb

Hadisə Materials 17 İyun 2024 12:13 (UTC +04:00)
Ziya Bünyadov prospektində yol qəzası: sıxlıq yaranıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Poladəritmə zavodunun qarşısında, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən həm metronun "Koroğlu", həm də "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti