...

Xırdalanda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə olunub

Hadisə Materials 23 İyun 2024 11:58 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 12 ədəd qoruyucu açar və 3 p.m kabel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti