Bakı. Trend:
Tovuz rayonunun Qovlar şəhərində “VAZ” markalı minik avtomobilinin yol kənarında elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.
Elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.