Bakı. Trend:
Biləsuvar rayonunda polis və gömrükçülərin həyata keçirdikləri birgə əməliyyat zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.
Trend xəbər verir ki, 37 yaşlı Adil Qarayev çətin relyef şəraiti olan ərazidən ölkəyə külli miqdarda narkotik vasitəni özünə məxsus avtomobili vasitəsi ilə keçirməyə cəhd göstərib.
O, hüquq-mühafizə orqanları tərəfindən təqib olunduğunu görən zaman məsuliyyətdən yayınmaq üçün avtomobili içərisindəki narkotik vasitələrlə birgə yandırıb.
Baxış zamanı avtomobildən ümumilikdə 7 kiloqram marixuana, heroin, tiryək və 45 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Polis əməkdaşlarının tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Qarayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.