...

Ucarda 5 hektar ərazi yandı (VİDEO)

Hadisə Materials 11 Fevral 2025 19:04 (UTC +04:00)
Ucarda 5 hektar ərazi yandı (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ucar rayonu, Qəzyan kəndi yaxınlığında yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 5 hektar sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti