...

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edildi (VİDEO)

Hadisə Materials 16 Fevral 2025 22:31 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edildi (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən texniki otaqda elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 12 kv.m. olan texniki otağın içərisinə yığılmış əşyalar, 6 ədəd elektrik sayğacı və 5p.m. elektrik kabeli yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Yaşayış binasında yerləşən mənzillər yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti