Bakı. Trend:
Samux rayon ərazisində iki nəfər Kür çayında batıb.
Trend xəbər verir ki, hadisə Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Samux və Şəmkir rayon sakinləri olan 2 nəfər Kürdə balıq tutmaq istəyən zaman batıblar. Onların meyitlərinin tapılması üçün axtarışlar davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.