...

Ağcabədidə həbsdən yeni çıxan şəxs evini yandırıb

Hadisə Materials 19 Mart 2025 10:35 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Həbsxanadan yeni çıxan Ağcabədi sakini 4 otaqlı evini yandırıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, yanğın hadisəsi Ağcabədi rayon Nəsimi küçəsində baş verib.

Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları gələrək yanğını söndürüb, yaxınlıqda olan tikililərə keçməsinin qarşısını alıblar.

Araşdırma zamanı məlum olub ki, baş vermiş yanğını ev sahibi 1976-cı il təvəllüdlü Məmmədov Ziyəddin Eldar oğlu törədib. Yanğın zamanı ümumi sahəsi 108 kvadratmetr olan 4 otaqlı evin 2 otağı - 48 kvadratmetri və dam örtüyü yanıb.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti