Bakı. Trend.
Şəkidə bıçaqlanan yeniyetmənin vəziyyəti məlum olub.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 26.03.2025-ci il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2009-cu il təvəllüdlü 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
"Şəxsə zəruri tibbi xidmətlər göstərilib və əməliyyata götürülüb. Hal-hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.