Tərtər. Trend:
Tərtərdə yük avtomobili yanıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, "QazEl" markalı yük avtomobili anidən alovlanıb.
Yanğın nəticəsində qısa müddətdə yük avtomobilinin kabin hissəsi yanaraq yararsız hala düşüb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb və ətrafdakı avtomobillərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.
