...

Ağcabədidə çoxillik ağaclar yandı (FOTO)

Hadisə Materials 3 Fevral 2026 16:04 (UTC +04:00)
Ağcabədidə çoxillik ağaclar yandı (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yerləşən əkin sahəsində baş verən yanğın nəticəsində çoxillik ağaclara zərər dəyib.

Trend-in yerli müxbirinin məlumatına görə, alov qısa zamanda geniş sahəni əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində yanğının daha böyük əraziyə yayılmasının qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti