...

Ağcabədidə yol qəzası: xəsarət alanlar var

Hadisə Materials 8 Fevral 2026 22:38 (UTC +04:00)
Ağcabədidə yol qəzası: xəsarət alanlar var

Ağcabədi. Trend:

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in yerli müxbirinin verdiyi məlumata görə, qəza rayonun Poladlı kəndi ərazisində baş verib. İlkin məlumatlara əsasən, hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralananlar — 1982-ci il təvəllüdlü Pərvanə Hüseynova və 1975-ci il təvəllüdlü Mehman Nərimanov əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara tibbi yardım göstərildikdən sonra müalicələrinin davam etdirilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti