...

Fevralın 1-nə olan kriminal xronika

Hadisə Materials 2 Fevral 2006 13:31 (UTC +04:00)

Fevralın 1-də daxili işlər orqanları tərəfindən 16 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 14-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 9 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 6, silah-sursatla əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 23 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti