...

Nizami rayon yol polisi əməkdaşı güllələnib

Hadisə Materials 28 Fevral 2007 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbaliyeva/ Dünən axşam "Neftçilər" metrostansiyasının yaxınlığında Sabunçuya gedən yolun kənarında Nizami Rayon Polis İdarəsinin yol polis şöbəsinin əməkdaşı güllələnib. Nizami rayon prokurorluğundan verilən məlumata görə, şöbənin baş serjantı Abbasəli Bayramova xidməti avtomobilində naməlum şəxs tərəfindən odlu silahdan atəş açılıb. A.Bayramov kürəyindən yaralanıb.

A.Bayramov Mərkəzi kilinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Cinayətin kim tərəfindən törədildiyi hələlik müəyyənləşdirilməyib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb, hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti