...

Bakının "Nizami" metrosunun yaxınlığında hündürmərtəbəli binada baş verən yanğın söndürülüb (video)

Hadisə Materials 9 May 2007 14:52 (UTC +04:00)
Bakının "Nizami" metrosunun yaxınlığında hündürmərtəbəli binada baş verən yanğın söndürülüb (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Mayın 9-u Bakıda Salatın Əsgərova küçəsi ilə Şıxəli Qurbanov küçəsinin kəsişməsində ("Nizami"metrosunun yanı) yeni tikilməkdə olan hündürmərtəbəli binaların birində yanğın baş verib. Bu barədə Trend ə "Xalq jurnalisti" layihəsi çərçivəsində məlumat daxil olub.

Gecə saatlarında baş verən yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. S.Əsgərova 66 ünvanında yerləşən mənzillərin sakinləri bildirirlər ki, gecə saatlarında binanın yuxarı mərtəbəsində yanan taxtalar həmin evlərin üstünə düşüb. Yanğın baş verən binanın tam qarşısında yerləşən həmin mənzillərin sakinləri təşviş içərisində evlərini tərk ediblər.

Sakinlərinin sözlərinə görə: "Yanğınsöndürənlər vaxtında gəlməsəydi yanğının miqyası daha jeniş olardı və mənzillər yana bilərdi". Hadisə nəticəsində xəsarət alan olmayıb.

Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsində məlumatı təsdiqləyiblər. Bildirilib ki, yanğın hadisəsi ilə bağlı araşdırma aparılır. Yanğının səbəbləri isə açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti