...

Qubada məktəblilər arasında baş verən münaqişə zamanı bir nəfər qətlə yetirilib

Hadisə Materials 29 May 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Quba rayonunun birinci Nügədi kəndi ərazisində bu gün səhər saat 9.00 radələrində məktəblilər arasında baş verən bıçaqlanma hadisəsi zamanı bir nəfər ölüb. Trend in bölgə müxbirinin sözlərinə görə, Zəki Kərimov adına 1 saylı orta məktəbin həyətində 11-ci sinfdə oxuyan 1993-cü il təvəllüdlü Qədir Mayis oğlu Qədirov məktəb yoldaşı 1989-cu il təvəllüdlü Taleh Mehman oğlu Şirinbəyova bir neçə bıçaq xəsarəti yetirib. Şirinbəyov xəstəxanaya aparılarkən yolda keçinib.

Quba rayon prokuroru Kərimağa Tağıyev çərşənbə axşamı bildirib ki, ilkin versiya kimi hadisə şəxsi münaqişə zəmnində baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Quba rayonu paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti