...

Balakən-Xaldan yolunda ölümlə nəticələnən nəqliyyat qəzası baş verib

Hadisə Materials 23 İyul 2007 18:21 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Balakən-Xaldan yolunun 42-ci kilometrliyində bu gecə baş vermiş yol qəzası zamanı bir nəfər həlak olub. Şəki rayon Polis İdarəsindən bildiriblər ki, rayonun Cəfərəbad kənd sakini Vidadi Ələkbər oğlu Məmmədov gecə təqribən 01:00 radələrində magistral yolun bir tərəfindən digər tərəfinə keçən zaman sürücü Eldar Şükür oğlu Qarayev idarə etdiyi Şəki-Bakı marşrutu üzrə hərəkət edən "Mersedes-Benz" markalı, 10-JT-084 dövlət nömrə nişanlı avtobusla piyadanı vurub. Nəticədə piyada yerindəcə keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.

Şəki paytaxt Bakıdan 320 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti