Sankt-Peterburqun Frunze rayonunda yerləşən meyvə-tərəvəz bazasında Azərbaycan vətəndaşları arasında münaqişə olub. Bu barədə "Fontanka.Ru" məlumat yayıb. İnsident nəticəsində üç nəfər yaralanıb. Həkimlər yaralananların bədənlərində çoxsaylı bıçaq yaraları aşkar ediblər. Onların biri ikinci dərəcəli şok keçirib.
"Sibnovosti"nin məlumatına görə, onların durumu ağır kimi dəyərləndirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, yaralananlar Sankt-Peterburqda qeydiyyatsız yaşayan Azərbaycan vətəndaşlarıdır. İlkin məlumata görə, onlar münaqişə zamanı bir-birinə xəsarət yetiriblər.