...

Ata olmaq kişini yaxşılığa doğru dəyişdirir

Maraqlı Materials 9 Noyabr 2011 13:45 (UTC +04:00)
Özünü məsuliyyətsiz aparan və təhlükəli hərəkətlər edən kişini dəyişmək üçün onun ata olması lazımdır.
Ata olmaq kişini yaxşılığa doğru dəyişdirir

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Özünü məsuliyyətsiz aparan və təhlükəli hərəkətlər edən kişini dəyişmək üçün onun ata olması lazımdır. Amerikalı alimlərin fikrincə, rolların dəyişməzi xarakterin dəyişməsinə də kömək edir. Bu barədə "The Daily Mail" qəzeti yazır. Lakin bu, yalnız kişinin ilk dəfə ata olduğu zaman işə yarayır.

Trend-in məlumatına görə, bu fakt onu böyüməyə, spirtli içkilərdən, siqaretdən və hətta qanun pozuntularından imtina etməyə məcbur edir. Tədqiqat bunun xüsusilə daha yaşlı kişilər üçün aktual olduğunu göstərir. Axı, onlar atalığı qəbul etmək və zərərli vərdişlərdən əl çəkmək üçün kifayət qədər yetkinləşiblər.

Tədqiqatın gedişində Oreqona Universitetinin əməkdaşları ümumilikdə 12-31 yaş qrupunda 200 kişinin davranışını araşdırıblar. Onların hamısı öz davranışlarına görə risk qruplarına bölünüblər. Könüllülər 19 il ərzində müşahidə olunublar. Alimləri alkoqoldan, siqaretdən istifadə və törədilən cinayətlərin sayı maraqlandırıb.

Məlum olub ki, əgər kişi 20-30 yaşlarında ilk dəfə ata olursa, bu zaman o, spirtli içkilərdən daha az istifadə edir və az cinayət törədir. Amma ilk övladın dünyaya gəlişindən sonra gənclərdə və daha yaşlı kişilərdə tütündən istifadənin səviyyəsi azalır. Buradan da araşdırmanın müəllifi professor Devid Kepp ata olmağın insanı dəyişdirə bilməyə qadir olması qənaətinə gəlir.

Xəbər lenti

Xəbər lenti