...

Çində milyon yuan oğurlayan bank işçisi pulun yarısını zibilliyə atıb

Maraqlı Materials 19 Noyabr 2011 14:01 (UTC +04:00)
Çinin Çjetszyan əyalətinin polisi Lişuy şəhərində Çin Tikinti Bankının işçisini bankomat vasitəsilə öz hesabına təxminən yarım milyon yuan yükləyərkən saxlayıb.
Çində milyon yuan oğurlayan bank işçisi pulun yarısını zibilliyə atıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Çinin Çjetszyan əyalətinin polisi Lişuy şəhərində Çin Tikinti Bankının işçisini bankomat vasitəsilə öz hesabına təxminən yarım milyon yuan yükləyərkən saxlayıb. Bu barədə Trend şənbə günü "Qianjiang Evening News" qəzetinə istinadən məlumat verir.

Klerk işlədiyi bankdan təxminən milyon yuan (təxminən 158,7 min dollar) oğurladıqdan sonra qonşu şəhərdə gizlənmək istəyib. Polis 460 min yuanı geri qaytara bilib, qalan pulu isə axtarmaq lazım olacaq. Oğru etiraf edib ki, 500 min yuanı zibil qutusuna atıb, belə ki, içində bu qədər pul olan çanta ilə qaçmaq onun üçün çətin olub.

39 yaşlı işçi şikayət edib ki, bankda işlədiyi 20 il ərzində heç cür karyera qura bilməyib, bankomata pul yükləmək isə darıxdırıcı olub. O, milyon yuanı oğurlamaq planını 3 ay ərzində planlaşdırıb.

Çində ən böyük bank oğurluğunu Çin Kənd Təsərrüfatı Bankının Handın şəhərindəki şöbəsinin iki əməkdaşı həyata keçirib. Onlar təxminən 51 milyon yuan oğurlayıblar. Bu hadisə 2007-ci ilin aprelində baş verib. Həmin şəxslər 4 gün ərzində 45,35 milyon yuanı lotereya biletlərinə xərcləməyə macal tapıblar.

Məhkəmənin qərarı ilə hər iki oğru - 34 yaşlı Jen Syaofen və 37 yaşlı Ma Syantszinyo ölüm cəzasına məhkum ediliblər.

Xəbər lenti

Xəbər lenti